2003-cü ildən etibarən fəaliyyətə başlamış "AtaHoldinq" ASC iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir.Qeyri-rezidentlərin investisiyaları hesabına formalaşan nizamnamə kapitalı, əsasən maliyyə, sənaye, telekommunikasiya və İT, xidmət, inşaat və turizm sahələrinə yönəldilmişdir. "AtaHoldinq" ASC şirkətlər qrupuna daxil olan bütün təsərrüfat subyektlərində fəaliyyət yüksək professionallıq, yeni texnologiyaların tətbiqi və korporativ idarəetmə prinsipləri üzərində qurulmuşdur.2006-cı ildə "AtaHoldinq" ASC-nin menecment sistemi beynəlxalq "Bureau Veritas" şirkəti tərəfindən İSO 9001 standartlarına uyğun sertifikatlaşdırılmışdır. Holdinq Azərbaycanın həm fiziki, həm də intellektual resurslarından səmərəli istifadə etmək, yeni iş yerlərini yaratmaq üçün sərmayə qoymaq, səhmdarlar, işçilər və müştərilərinin məmnunluğunu ən üst səviyyədə təmin etmək və nəticədə Azərbaycanın rifahı və iqtisadi inkişafına dəstək olmağı qarşısına məqsəd qoymuşdur."AtaHoldinq" ASC sosial yönümlü proqramlarda, xeyriyyə tədbirlərində yaxından iştirak edir, ölkə mədəniyyəti və incəsənətinin inkişafı, təhsilin səviyyəsinin daha da artması məqsədilə həyata keçirilən layihələri dəstəkləyir. Holdinqin şirkətləri öz fəaliyyətləri ilə ölkə iqtisadiyyatının inkişafına, xalqın sosial rifahının yüksəlməsinə xidmət edir. Beynəlxalq şirkətlər ilə ortaqlıqlar və birgə müəssisələr yaradaraq özünü bütün dünyaya tanıtmaq niyyətində olan "AtaHoldinq" artıq Gürcüstan da öz nümayəndəliyini açmışdır. İngiltərə, Rusiya, Türkiyə və Şimali Kipr Türk Respublikasında nümayəndəliklərin açılması planlaşdırılır.