AZ | EN | RU






Mətbuat üçün açıqlama

19.02.09.“AtaHoldinq” ASC-yə Qran-Pri 2008 “İlin Korporativ Brendi Milli mükafatı təqdim olundu

18 fevral 2009-cu il tarixində  Bakı şəhərində internet səsvermədə qalib gəlmiş “Brand Award”  Milli Mükafatının təqdimat mərasimi keçirildi. “AtaHoldinq” ASC-yə  Qran-Pri 2008 İlin Korporativ Brendi
Milli mükafatı təqdim olundu. Mükafat “AtaHoldinq” ASC İdarə Heyətinin sədr müavini Anar Mehdiyevə təqdim olundu.  Anar Mehdiyev layihənin təşkilatçılarına  və “AtaHoldinq” ASC-yə səs verən   bütün insanlara dərin təşəkkürünü bildirdi.
        Tədbirdə  “Excelsior Otel Bakı”   Otel Biznesi sahəsində İlin Brendi  Milli Mükafatına layiq görüldü. Mükafat “Excelsior Hotel Baku” regional menecer Vahid Mənsimova təqdim olundu.
 Təqdimat mərasimində çıxış edən Xəzər-Evropa  İnteqrasiya İşgüzar Klubunun  prezidenti və icraçı direktoru Telman Əliyev  bildirdi ki, bu il “Caspian Energy” Beynəlxalq Media Qrupunun 10 yaşı tamam olur. Telman Əliyev qeyd etdi: “Biz yubiley ilimizi  “Brand Award Azerbaijan» Milli Mükafatının təqdimat mərasimi ilə qeyd etməyə başlayırıq”.
 “Brand Award Azerbaijan” Milli Mükafatın qaliblərinin  müxtəlif nominasiyalar üzrə  müəyyən olunması sorğusu 15 may 208-ci il tarixindən 10 yanvar 2009-cu il tarixinə qədər aparılmışdır. Səsvermədə dünyanın 50 ölkəsindən  5 min. respondent iştirak etmişdir və  30% səs  Azərbaycanın hüdudlarından kənar verilmişdir. 
 Telman Əliyev öz çıxışında qeyd etdi ki, bu gün 30-dan çox şirkətlərə  mükafat  təqdim olunur və onların arasında    iqtisadi proseslərin irəli çəkilməsində  və Azərbaycanda stabilliyin  təbliğ olunmasında mühüm rol oynayan   KİV  də var. Onun sözlərinə görə  “Brand Award Azerbaijan” təşkilat komitəsinin ekspertlər şurası internet səsvermədə rekord səs toplamış şirkətlər  üçün  Qran Pri mükafatı təsis etmişdir, bu da tədbirdə 5 şirkətə təqdim olunur.
 
Brand Award Azerbaijan 2008 - Grand Prix:
 
Ata Holding
İlin Korporativ Brendi
The Corporate Brand of the Year
Êîðïîðàòèâíûé áðåíä Ãîäà
 


 
Site by AtaHolding