21-ci Əsrdə otellərdə baş müdirlik və çətinlikləri

       “Excelsior Hotel & Spa Baku” otelinin baş müdiri Turhan Poyraz Çexiya Respublikasının Praqa şəhərində keçirilən “Otelçiliyin Liderləri” mövzulu konfransda, “21-ci Əsrdə baş müdirlik və çətinlikləri” mövzusunda çıxış etdi.

       Praqa şəhərindəki Diplomat Hoteldə baş tutan konfransa, orta və şərqi Avropanın müxtəlif şəhərlərindən 180 qonaqlama sektoru nümayəndəsinin qatıldığı konfransda əsas mövzu  “21-ci əsrdə otelçilik sektorunun perspektivi, yaşanan və yaşana biləcək olan müsbət və ya mənfi olaylar, və bunlara görə otelçilərin qarşısında duranlar” idi.

        “Excelsior Hotel & Spa Baku” otelinin baş müdiri Turhan Poyraz bu konfransda; yaxın gələcəkdə yaşana biləcək; bazar dəyişiklikləri o cümlədən Avropadakı demoqrafik dəyişikliklər, politik və dini dəyişikliklər, texnoloji yeniliklər, insan qaynaqları və xüsusilə rəqabətdə yaranmış və yarana biləcək olan ciddi dəyişikliklər mövzusunda konfrans iştirakçılarını məlumatlanırdı.

       “Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən ibarətdir.

 

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...