AtaLizinq

“AtaHolding” Şirkətlər Qrupunun maliyyə sektoruna aid olan “AtaLizinq” ASC 2004-cü ildə “AtaHolding”  (64%)  və “AtaBank” ASC (36%) tərəfindən təsis edilmişdir. Şirkətin nizamnamə kapitalı 1 mln. AZN  təşkil edir.  “AtaLizinq” ASC-nin yaradılmasında əsas məqsəd, respublikamızın sürətlə inkişaf edən iqtisadiyyatında sahibkarlara münasib şərtlərlə avadanlıq və əsas vəsaitlərin təmin edilməsinə köməklik göstərməkdən ibarətdir. Lizinqin bütün növlərini həyata keçirməyi qarşısına  məqsəd qoymuş “AtaLizinq” ASC qanunvericiliyin imkan verdiyi ölçüdə, əsasən maliyyə lizinqi sahəsində fəaliyyət göstərir. Şirkət Azərbaycanın müxtəlif regionlarında inşaat, sənaye və istehsal, nəqliyyat və rabitə, səhiyyə, kənd təsərrüfatı və emal sektorları başda olmaqla bütün sahələrdə fəaliyyət göstərən yerli və xarici müəssisələrə, keyfiyyətli lizinq xidmətləri göstərir. Şirkətin müştəriləri hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. 
"AtaLizinq" ASC Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının (ALŞA) fəal üzvlərindən biridir və Respublikamızda lizinqin daha da inkişaf etdirilməsi üçün daima təkliflərlə çıxış edir. "AtaLizinq"  ASC-nin missiyası səhmdarlarının maraqlarını qoruyaraq çeşidli lizinq məhsulları ilə, peşəkar işçilərdən ibarət heyətlə, müasir texnologiyalar və korporativ idarəetmə üsullarından  istifadə etməklə respublikanın bütün regionlarında şəffaf və fərqli xidmət göstərərək aparıcı bir şirkət olmaqdır.

 

"AtaLizinq"  ASC
Bakı, AZ1014,
S. Rüstəm küçəsi, 9.
Telefon: (+99412) 440-57-38
 www.atalizinq.az

Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...