AtaSığorta

        “AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Təsisçisinin (səhmdarı) "AtaHolding"  olduğu şirkətin ödənilmiş nizamnamə kapitalı 12,4 mln. AZN təşkil edir. Şirkət  fəaliyyətinin əsas prinsipi kimi fiziki və hüquqi şəxslər üçün effektiv sığorta layihələri hazırlayır və inkişaf etdirir. "AtaSığorta"  müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verir. "AtaSığorta" şirkəti 26 növ: 22 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir. Şirkətin təqdim etdiyi əsas sığorta növləri arasında əmlak sığortası, nəqliyyat vasitələrinin sığortası, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari və könüllü sığortası, sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası, üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası, yüklərin sığortası, inşaat sığortası, işəgötürənin məsuliyyətinin sığortası, tibbi sığorta, fərdi qəza sığortası, bank və bank fəaliyyətinin sığortası və s. vardır.
       Şirkət  partnyorları və müştəriləri qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsindən, sahib olduğu sığorta xidmətləri portfelindən, əhəmiyyətli həcmdə sığorta rezervlərindən, praktiki iş təcrübəsi və peşəkar personaldan asılıdır. Bütün bu standartlara cavab verə bilmək üçün "AtaSığorta" beynəlxalq sığorta bazarının Lloyds of London, Hannover Re, Chartis/AIG, Russian Re, ACE, Allianz, SCOR, BRIT və digər şirkətlərlə əməkdaşlıq edir. Heydər Əliyev Mərkəzi, Dövlət Neft Fondu, Müasir İncəsənət Fondu,  Azeronline, AtaBank, AG Bank, Dəmirbank, MuğanBank, ParaBank, VTB Bank, AIKON CPIT, “Sinergy Group” ASC, Azpetrol, AzərPoçt, Hydroserv Caspian LTD, McDermott Caspian Contractors Inc. və digər şirkətlər öz bizneslərinin qorunmasını "AtaSığorta" şirkətinə etibar ediblər.  Şirkət 2011-ci ilin sonundan İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Şirkət “Intertek” şirkəti tərəfindən İSO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatı almışdır.  Şirkətin 6 filialı ("Mərkəzi", "Sumqayıt", "Qərb", "Şimal", "Cənub", "Xəzər"), 6 nümayəndəliyi ("Şamaxı", "Zaqatala", "Bərdə", "Gədəbəy", "Gəncə-Kəpəz" və "Ağdaş") və 8 satış ofisi fəaliyyət göstərir.

 

"AtaSığorta" ASC 
Z. Əliyeva küçəsi, 55
Yeni Həyat Plaza
Bakı, AZ1010,  Azərbaycan

Tel:    (+994 12)   510 40 58

www.atasigorta.az

Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...