Bank VTB Azərbaycan

Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti - beynəlxalq səviyyəli müasir məhsulların və xidmətlərin kompleksini təklif edən universal bankdır. Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB ASC Moody`s Investors Service, Standard & Poor`s və Fitch kimi beynəlxalq reytinq agentliklərinin verdikləri reytinqlərdə Rusiya bankları arasında ən böyük reytinqə layiq görülmüşdür. Bank VTB  (Azərbaycan) MDB, Avropa, Asiya və Afrika ölkələrində bank və maliyyə təşkilatları ilə olan VTB Qrupa daxildir.

Bank VTB (Azərbaycan) ASC-nin səhmdar kapitalı Rusiya tərəfi – Bank VTB ASC (51%) və Azərbaycan tərəfi – “AtaHolding”  (48.99%) və fiziki şəxs (0.01%) arasında bölüşdürülmüşdür. Bank VTB (Azərbaycan) ASC-nin rəsmi açılışı 23 noyabr 2009-cu ildə baş tutmuşdur. 162 saylı Bank lisenziyası Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 11 mart 2009-cu ildə verilmişdir.  Bank VTB (Azərbaycan) müştərilərə geniş spektr xidmətlər göstərir. Bank VTB (Azərbaycan)-ın xidmətləri siyahısına VTB Qrupunun müvafiq törəmə şirkətlər tərəfindən göstərilən qeyri-bank xidmətləri – trast və investisiya, lizinq və s. xidmətlər də daxildir.

Azərbaycan real sektoruna, Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığın inkişafına dəstək, eləcədə birgə layihələrin  maliyyələşdirilməsi bankın qarşısında olan əsas məsələlərdir. Hazırda bank Bakı, Sumqayıt, Xırdalan və Gəncə şəhərlərində 15 satış məntəqəsinə malikdir. Fəaliyyətinə başlayan dövrdən bank VTB (Azərbaycan) bütün əsas istiqamətlər üzrə yüksək göstəricilərə nail olub. 1 yanvar 2015-ci il tarixinə bankın aktivləri 288, 9 mln manat, məcmu kapital isə 50,2 mln manat təşkil etmişdir.

 

Bank VTB ASC (Azərbaycan)
Ünvan: Azərbaycan, Bakı şəh.,
Xətai prospekti 38,
Messenat Xoldinq, 1 mərtəbə.
Tel:  (994 12) 492-00-80

 www.vtb.az

 

Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...