Excelsior Hotel & Spa Baku

“AtaHolding”-ə daxil olan 5+ ulduzlu  “Excelsior Hotel  & Spa Baku” oteli Azərbaycan paytaxtının beynəlxalq standartlara uyğun ən yaxşı və yaraşıqlı otellərindən biridir. Otel, ənənə və yenilikləri müasir dəbdəbə və qədimilik çalarlarıyla birləşdirir.  Otel klassik memarlıqla müasir dizayn elementlərinin vəhdətini təcəssüm etdirir. O, özünəməxsus atmosferi, fərqli xidməti və müasir texnologiyaları ilə Bakının yenilikçi butik otelidir.  Sayı 61 olan yüksək zövqlə dekorasiya edilmiş gözəl nömrələrdə və dəbdəbəli süitlərdə lüks oteldən gözləyə biləcəyiniz bütün müasir rahatlıqlar təmin edilir.

     “Excelsior Hotel & Spa Baku” oteli xüsusi və sosial tədbirlər, konfrans və işgüzar görüşlər üçün ideal seçimdir. Otelin dörd xüsusi görüş zalında yüksək səviyyəli işgüzar görüşlərdən böyük konfrans, kiçik seminar və ya toy qəbuluna kimi bütün növ tədbirlər üçün son dərəcə fərqli zərif tərtibat mövcuddur. Bütün zallar ən son audio-vizual texnologiya ilə tam şəkildə təchiz edilmişdir. Bakının ən möhtəşəm spa məkanlarından biri, geniş sahəyə malik “Aura” Sağlamlıq Mərkəzində ən müasir trenajor avadanlıqlarının olduğu yüksək texnologiya ilə təchiz edilmiş idman zalı, böyüklər və uşaqlar üçün açıq və qapalı üzmə hovuzları, açıq tennis kortu, iki skvoş kortu, günəşterrası və yay bağı yerləşir.

      2005-ci ilin avqust  ayından fəaliyyət göstərən “Excelsior Hotel & Spa Baku” oteli Bakıya gələn qonaqların  böyük rəğbətini qazanmış  və göstərdiyi yüksək səviyyəli xidmətlərilə Azərbaycanda otel xidmətinin dünya satandartları səviyyəsində olduğunu dünyaya nümayiş etdirmişdir.

  

 

 

"Excelsior Hotel & Spa Baku" 

Ünvan: Bakı, AZ1154
Heydər Əliyev prospekti 2 A,
Tel:(+994 12) 496-80-00
http://www.excelsior.az

 

Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...