“AtaBank” ASC öz stabilliyini qorudu.

Beynəlxalq reytinq agentliyi Fitch Ratings Azərbaycanın aparıcı banklarından biri olan "AtaBank" ASC-nin qısamüddətli reytinqini "B" səviyyəsində "stabil" proqnozu ilə növbəti dəfə təsdiqləmişdir.

 “AtaBank” ASC-nin İcraçı direktoru - İdarə Heyətinin üzvü Elnur Osmanov reytinq ilə bağlı bildirdi ki, “Bildiyiniz kimi dünya maliyyə bazarında qeyri-stabil vəziyyət olduğuna baxmayaraq “AtaBank” ASC həmişəki kimi öz sabitliyini və etibarlığını saxlayıb. Bu reytinq Bankın stabilliyini və menecmentin strateji qərarların qəbul edilməsi zamanı məsələyə bir sıra aspektlərdən yanaşdığını göstərir. Bank növbəti illərdə reytinqinin daha da artırılması istiqamətində kompleks tədbirlərin reallaşdırılmasını davam etdirəcəkdir.”

Qeyd edək ki, reytinq agentliyi "AtaBank" ASC- nin reytinqini öncə 2012-ci ildə  müəyyənləşdirmiş və ən son 2014-cü ilin mart ayında təsdiqləmişdir.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...