"AtaBank" dünyanın istənilən plastik kartlarına pul köçürmə prosesini sürətləndirdi.

 “AtaBank” ASC, LİDER təcili pul köçürmələri sistemi ilə birgə aktiv plastik kart istifadəçilərini sevindirir. Dünyanın istənilən VISA və ya MasterCard plastik kartına dәrhal pul vәsaiti yatırmaq istəyirsinizsə, AtaBank-ın filiallarına və ya şöbələrinə müraciət edə bilərsiniz.

Köçürməni həyata keçirmək üçün Sizə sadəcə kartın nömrəsini bilmək kifayətdir. Pulun göndərilməsi və qəbulu proseduru son dərəcə rahat və sadədir.

Qeyd edək ki, pul köçürmə xidmətlərini “AtaBank”-ın 26 filial və şöbəsində həyata keçirmək mümkündür. Bank Western Union, Xəzri, Zolotaya Korona, Contact,  Blizko və LİDER sistemləri ilə  beynəlxalq köçürmələr həyata keçirir.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır.

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...