“AtaHolding”in əməkdaşı UNEC tələbələrinə təlim keçib

Aprelin 26-da xüsusi olaraq UNEC tələbələri üçün “Müəssisələrdə idarəetmənin səmərəliyinin artırlması, menecmentə sistemli yanaşma” mövzusunda təlim keçirilib.  Təlimdən öncə UNEC-in Karyera Mərkəzinin direktoru Fuad Əliyev Azərbaycana ilk dəfə holdinq idarəetmə mədəniyyətini gətirən və bunu müasir idarəetmə standartlarına müvafiq olaraq təşkil edən “AtaHolding”lə uğurlu əməkdaşlıqdan söz açıb. Bu nüfuzlu qurumun mütəmadi UNEC tələbələri üçün təşkil etdiyi təlimlərin faydasını vurğulayıb.

Təlimdə “AtaHolding”in əməkdaşı Elməddin Hüseynov fəaliyyətin planlanması, resursların təmin edilməsi, biznes proseslərin tərtibi və tətbiqi, fəaliyyətin monitorinqi və davamlı inkişafın təmin edilməsi mövzuları haqqında UNEC tələbələrinə ətraflı məlumat verib. Həmçinin, iştirakçılar arasında fəaliyyətin planlanması və biznes prosesin tərtibi ilə bağlı qrup çalışması keçirilib.

Məlum olduğu kimi, keyfiyyətli xidmətlər hər bir şirkətin rəqabət qabiliyyətliliyinin təminatıdır. Təlimdə dayanıqlı inkişaf, rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, keyfiyyətin idarəedilməsi sisteminin qurulması və insan resurslarının idarəedilməsi ilə bağlı məsələlərə toxunulub.

Sonda Elməddin  Hüseynov təlimlə bağlı fikirlərini bildirib: “UNEC tələbələri təlimə böyük maraq göstəriblər. Düşünürəm ki, onlar əldə etdikləri məlumatlardan həm tələbəlik dövründə, həm də gələcək iş həyatında faydalanacaqlar”.

Sonda təlimdə iştirak edən tələbələrə sertifikat təqdim edildi.

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...