“AtaSığorta”  ASC birinci yeri tutub  

MCS media monitorinq qrupu  01-30 sentyabr 2018-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub. Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri  arasında mətbuatda işıqlanan pozitiv məlumatların sayına görə 123 məlumat ilə  “AtaSığorta”  ASCbirinci yeri tutub. 2018-ci ilin  sentyabr ayında  “AtaSığorta” ASC-nin fəaliyyəti ilə bağlı 3 pres reliz  və  1 müsahibə işıqlanıb. Həmçinin,  mətbuat nümayəndələri üçün “Petrollu Kasko”  məhsulunun təqdimatı keçirilmişdir. 

Qeyd edək ki, “Media Consulting & Services” media monitorinq qrupu  10 Televiziya, 55  çap  və  600 on-line media daxil olmaqla  665-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. 

 

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...