AtaSığorta ASC yeni tibbi sığorta məhsullarını təqdim edir.

Daim müştərilərin məmnuniyyətini düşünən “AtaSığorta” ASC ölkəmizdə mövcud tələbata uyğun olaraq fiziki şəxslər üçün nəzərdə tutulmuş “Səyahət paketi”, “Tələbə paketi”, “Fiziki şəxslərin sığortası” və “Ailə paketi” adlı yeni tibbi sığorta məhsullarını sığorta sektoruna təqdim edir.

            Turizmlə bağlı sığorta məhsuluna tələbatı nəzərə alaraq yeni “Səyahət paketi” məhsulu yaradılmışdır. Bu məhsul ölkə daxilində səyahət edən vətəndaşlar və xaricdən gələn qonaqlar üçün nəzərdə tutulub. “Səyahət paketi” təcili baş verən halların və xəstəliklərin müalicəsinə təminat verir. Tibbi yardıma ehtiyac yaranan zaman bu məhsul ilə sığorta olunanlar ölkəmizin bölgələrində, o cümlədən paytaxtda müalicə olunmaq imkanı qazanırlar. Qiymətlər səyahət günlərinin sayına uyğun olaraq hesablanır.

            “Tələbə paketi” yerli və xaricdən ölkəmizə təhsil almaq üçün gələn tələbələr üçün nəzərdə tutulub. Ali təhsil müəssisələri tələbələri üçün bu məhsulu əldə etməklə,  tələbələr kiçik bir məbləğ qarşılığında gözlənilməz hadisələr zamanı tibbi yardımla təmin olunmalarına nail ola bilərlər. Bu paket üzrə 5 cür qiymət təklifi mövcuddur. Qiymətlər təminat verilən risklərin əhatəsindən asılı olaraq dəyişir.

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...