“AtaSığorta”nın yığımları aylıq və illik müqayisədə  artıb

2018-ci il yanvar ayında “AtaSığorta” ASC-nin sığorta yığımları 1 milyon 383 min 817 manat, sığorta ödənişləri isə 606 min 983 manat təşkil edib.  Bu məbləğ əsasən kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta üzrə ödənilmişdir. Bununla da, “AtaSığorta” ASC fiziki və korporativ müştəriləri üçün etibarlı sığorta tərəfdaşı olduğunu bir daha nümayiş etdirmişdir.

Son zamanlarda müştəri məmnuniyyətinə diqqətini daha da artıran “AtaSığorta” ASC, ödənişlərin verilməsi prosesinin sadələşdirilməsi və tezləşdirilməsi üçün də səylərini davam etdirir. Şirkət tərəfindən görülən bu işlər nəticəsində müştərilərin yüksək səviyyəli sığorta xidmətləri ilə təmin olunması və məmnunluq səviyyəsinin artırılması nəzərdə tutulmuşdur.

 

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...