AtaTravel MMC Baku Travel Bazaar 2017 tədbirində iştirak etdi

          14 sentyabr 2017-ci il tarixində "AtaTravel" MMC "Baku Travel Bazaar" tədbirində iştirak etdi. Tədbirin məqsədi iştirakçıları potensial tərəfdaşlarla və müxtəlif istiqamətlər üzrə yeniliklərlə tanış etmək, daha sıx əməkdaşlıq əlaqələri qurmaqdan ibarətdir. "AtaTravel" MMC-nin tur operatoru Rəvan Əhmədov tədbirlə bağlı bildirdi ki, tədbirdə "Raffles Seychelles", "Consul Travel Service", "Conrad İstanbul Bosphorus", "Gural Premier Hotels & Resorts", "Megeve Tourism", The Ritz-Carlton Dubai" və digər şirkətlərin nümayəndələri ilə görüşlər keçirildi. Görüşlərdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib. 

           “AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda  “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku”  oteli fəaliyyət göstərir.  2011-ci ildə təsis edilmiş  “AtaTravel”  turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət  öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlər göstərir.

 

 

 

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...