“AtaTravel”  MMC  Göygölə  iki günlük tur təklif edir

        “AtaTravel”  MMC 6-7 may 2017-ci il  tarixlərində  Mingəçevir, Gəncə və Göygölə iki günlük  istirahət turu  təklif edir. Bir nəfər üçün   turun qiyməti  69 AZN təşkil edir.  Qiymətə 5 ulduzlu Ağsaray otelində qalmaq,  komfortlu nəqliyyatxidməti, iki dəfə səhər yeməyi, şirniyyatla çay süfrəsi,  Kür çayında gəmi ilə gəzinti, balıq ovu, gəmidə samovar çayı və ekskursiyalar daxildir.

          Proqrama  Mingəçevirdə şəhər gəzintisi, Göygöl Milli Qoruğuna,  Maralgöl Milli Qoruğuna və Gəncə İmamzadə Türbəsinə ekskursiyalar daxil edilib. Ağsaray otelinin  xidmətlərinə fitnes, açıq-qapalı hovuz,  Kür çayı sahilində açıq hava altında diskoteka daxildir. Daha geniş məlumat almaq üçün “AtaTravel” MMC-yə (994 12) 493-05-01 (daxili  104) nömrəli telefona  və  ya  (050) 245 05 09 mobil telefonuna  zəng vurun.

         “AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda  “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku”  oteli fəaliyyət göstərir.  2011-ci ildə təsis edilmiş  “AtaTravel”  turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət  öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlər göstərir.

 

 

 

 

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...