“AtaTravel”  MMC   “Luxe Travel  Show”  tədbirində  iştirak edəcək

      8  sentyabr  2015-ci  il tarixində  “AtaTravel”  MMC  6-cı ixtisaslaşdırılmış   “Luxe Travel  Show” tədbirində   iştirak  edəcək. Azərbaycanda fəaliyyət göstərən otellər,  xarici  ölkələrdən 50-yə yaxın termal kurortlar, Spa otelləri və  klinikalar,  dünyanın tanınmış  turizm brendləri  beynəlxalq turizm  tədbirində iştirak edəcəklər.
      “AtaTravel”  MMC-nin baş  direktoru  Vüsal Əliyev bildirdi ki, bu  tədbir  turizmlə məşğul olan təşkilatlar üçün çox əhəmiyyətlidir. Tərəfdaşlarla  işgüzar münasibətlərin yaradılması  və  möhkəmləndirilməsinə,  tanınmış dünya turizm markalarının nümayəndələrini  Azərbaycanın turizm bazarının potensialı ilə tanış  etməyə  imkan yaradır.  Bizim şirkətimiz  “Luxe Travel  Show”  tədbirində   təqdimat materialları və turizm agentliyinin aparıcı menecerləri ilə  təmsil olunacaq.
      "AtaTravel" MMC turizm agentliyi 2011-ci ildə təsis edilib və "AtaHolding" ASC-nin törəmə şirkətlərindən biridir. "AtaTravel" turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təklif edir. Şirkət müştərilərə otellər, transferlər, aviabiletlərin, turların əvvəlcədən bronlaşdırılması, sığorta, viza xidmətləri, VIP-zal xidmətlərinin təmin edilməsi, avtomobillərin icarəsi, sağlamlaşdırıcı turizm və   müxtəlif istirahət növləri üzrə xidmətlər  göstərir.

 

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...