“AtaTravel” MMC müalicəvi istirahət təklif edir 

“AtaTravel” MMC  sağlamlığının qeydinə qalanlar üçün “Chinar Hotel & Spa Naftalan” müasir müalicə-istirahət kompleksinə”  8 günlük müalicəvi istirahət təklif edir. Bir nəfər üçün   qiymət  648 AZN təşkil edir. Qiymətə gün ərzində 3 dəfə qidalanma, standart nömrədə qalmaq və  müalicə daxildir.  “Chinar Hotel & Spa Naftalan” müasir müalicə-istirahət kompleksinin  tibb bölməsində poliklinika, diaqnostika, fizioterapiya və SPA mərkəzləri fəaliyyət göstərir. Poliklinikada terapiya, nevrologiya, kardiologiya, dermatologiya,dietologiya, urologiya, qulaq-burun-boğaz və stomatologiya sahələri üzrə  müalicə aparılır.  

Kompleksin diaqnostika mərkəzi ən müasir avadanlıqlarla təchiz edilmiş rəqəmli rentgenoqrafiya, flüoroskopiya, ultrasəs müayinəsi, exo doppler, tibbi laboratoriya otaqları ilə təmin olunub. “Chinar Hotel & Spa Naftalan” kompleksinin tibb bölməsinin fizioterapiya mərkəzində Naftalan terapiya, elektro terapiya, lazer terapiya, ultrasəs terapiya, maqnito terapiya, şok dalğa terapiya, hidro terapiya, tibbi masaj, traksiya, müalicəvi bədən tərbiyəsi yolu ilə müalicə almaq mümkündür. Naftalan terapiya şöbəsində 28 ədəd Naftalan vannaları mövcuddur.  Daha geniş məlumat almaq üçün “AtaTravel” MMC-yə (994 12) 493-05-01 (daxili  104) nömrəli telefona  və  ya  (050) 245 05 09  mobil telefonuna  zəng vurmaq mümkündür.

         “AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda  “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku”  oteli fəaliyyət göstərir.  2011-ci ildə təsis edilmiş  “AtaTravel”  turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət  öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlər göstərir.

 

 

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...