“AtaTravel”  MMC  “Prime Travel Market 2017”  tədbirində  iştirak etdi

        5 oktyabr 2017-ci il tarixində  “AtaTravel”  MMC  “Prime Travel Market 2017”  tədbirində  iştirak etdi. Tədbirdə 120  yerli və xarici turizm şirkətlərinin nümayəndələri iştirak edirdilər. "AtaTravel"  MMC-nin nümayəndəsi  Rəvan Əhmədov   xarici  turizm şirkətlərinin nümayəndələri ilə əməkdaşlıqla bağlı görüşlərdə  iştirak etdi.  

         “AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda  “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku”  oteli fəaliyyət göstərir.  2011-ci ildə təsis edilmiş  “AtaTravel”  turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət  öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlər göstərir.

 

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...