“AtaTravel”  MMC “Şahdağ-Ləzə”yə iki  günlük  tur təklif  edir

            “AtaTravel”  MMC 23-24 yanvar 2016-cı il tarixlərində  “Şahdağ-Ləzə”yə iki günlük  tur  təklif edir.  “Şahdağ-Ləzə” turunun bir nəfər üçün qiyməti  nəqliyyat xidməti (Bakı-Laza-Şahdağ-Bakı), bir dəfə səhər yeməyi, 1 dəfə nahar qiyməti, 1 dəfə şam yeməyi, 1 gecə kənd evlərində gecələmə, Şahdağ Qış-Yay turizm kompleksinə giriş, tur rəhbəri  və  fotoşəkil  daxil olmaqla 49 AZN təşkil edir.

        Birinci günün proqramına  Ləzə kənd evində istirahət,  çay fasiləsi,  Ləzə kəndinin tarixi, mədəniyyəti və təbiəti ilə tanışlıq, şəlaləyə yürüş və Ləzə ətrafında dağlarda gəzinti daxildir.  İkinci günün proqramına Şahdağ Qış-Yay Turizm Kompleksinə giriş daxildir.  Təcrübəsi olanlarla yanaşı, heç vaxt xizəklə sürüşməyənlər də çəkinmədən  Şahdağ Turizm Kompleksinəkompleksinə gələ bilərlər. Burada peşəkarlar, yeni başlayanlar və uşaqlar üçün müxtəlif çətinlik dərəcələrinə  görə xizək enişləri  qonaqların xidmətindədir. 

        Böyüklərin kanat  yollarından istifadəsinin  bir nəfər üçün qiyməti  5 AZN-dən başlayır və müddətdən asılı olaraq  dəyişilir. Xizək ləvazimatlarının kirayəsinin bir nəfər üçün qiyməti 20 AZN-dən başlaylır və xizək ləvazimatlarının sayından asılı  olaraq dəyişilir. Xizək ləvazimatlarının kirayələnməsi üçün  şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.   6-12  yaş həddində olan uşaqlar üçün kanat yollarından istifadə qiyməti 4 AZN-dən başlayır və
xizək ləvazimatlarının qiyməti 18 AZN təşkil edir.  Qeyd  edək ki,  xizək kirayələnməsi məhdud saydadır.
         Daha geniş məlumat almaq üçün “AtaTravel” MMC-yə (994 12) 493-05-01 nömrəli telefona zəng vurun. “AtaHolding” Şirkətlər Qrupuna daxil olan “AtaTravel” MMC 2011-ci ildə təsis edilmişdir. “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət  öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlə təmin edir.

 

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...