“AtaTravel” “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksində istirahət təklif edir

         “AtaTravel” MMC “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinə endirimli tibbi paketlər təklif edir. “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksində otel xidmətləri, müayinə və müalicə prosedurları və gündə 3 dəfə yemək daxil olmaqla paketlərin 1 həftəlik qiyməti 2 nəfər üçün 939 AZN təşkil edir. Burada nevroloji, uroloji, kardioloji, qastroentroloji, hərəkət-dayaq sistemi və s. xəstəliklər müalicə olunur. Bu mərkəzdə yüksək səviyyəli istirahətdən əlavə, çox effektli müalicəni təmin edən gözəl şərait və çox peşəkar həkimlər var. Burada böyrək daşları cərrahi əməliyyatsız düşürülür . Böyrək xəstəliklərinin ölkəmizdə və dünyada çox geniş yayılmış və ağır xəstəliklərdən olduğunu nəzərə alsaq, bu mərkəzdə təbii yollarla və üsullarla bu xəstəlikdən azad olması çox böyük göstəricidir. Qalaaltı suyu çox müalicəvi və neft tərkiblidir.

         Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən kompleksdə uşaqların istirahəti üçün oyun otağı və uşaq oyun meydançası fəaliyyətdədir. Buradakı əyləncə mərkəzi çox genişdir və 5400 kvadratmetr ərazini əhatə edir. Təxminən 7,1 hektar sahəsi olan kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər var.

     Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzində iki nəfər üçün bir günlük  istirahət 130 mana təşkil edir. Bu qiymətə iki nəfər üçün 3 dəfə yemək, istirahət və əyləncə daxildir. Müalicə daxil olmaqla qiymətlər isə belədir: “Superior” otaqlarda 7 günlük “single” üçün 614, “double” üçün 939, 14 günlük “single” üçün 1100, “double” üçün 1669, 21 günlük “single” üçün 1562, “double” üçün 2360 təşkil edir.

     Daha geniş məlumat almaq üçün “AtaTravel” MMC-yə (994 12) 493-05-01 (daxili 104) nömrəli telefona və ya 050 245 05 09 mobil telefonuna zəng vurun. “AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlə təmin edir.

                                     

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...