“AtaTravel” Quba - Alma Festivalına səyahət turu təşkil edir

      “AtaTravel”   MMC 8 oktyabr tarixində Qubada keçiriləcək   Alma Festivalına səyahət turu təklif edir. Səyahət turunun 1 nəfər üçün qiyməti 25 AZN təşkil edir. Qiymətə komfortlu nəqliyyat, səhər yeməyi, çay süfrəsi, tur rəhbər, professional foto çəkiliş daxildir. Alma festivalında konsert proqramı və müxtəlif əyləncəli oyunlar keçiriləcək.

         Quba rayonu Azərbaycanda ən yaxşı almalar yetişən region kimi məşhurdur. Bu regionun payına almaların çox olması ilə yanaşı almanın müxtəlif növlərinin olması da daxildir.   Festival şəhərin əsas meydanında keçiriləcək, qonaqlara almanın müxtəlif növləri, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş olunacaq.

       Daha geniş məlumat almaq üçün “AtaTravel” MMC-yə (994 12) 493-05-01 (daxili 104) nömrəli telefona və ya 050 245 05 09 mobil telefonuna zəng vurun. “AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlə təmin edir.

 

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...