“AtaTravel”  Quba-Qusar-Şahdağ turu təşkil edir

           “AtaTravel”  MMC  26-27 yanvar 2019-cu il tarixlərində  Qubar-Qusar-Şahdağ istirahət kompleksinə  2 günlük  tur təklif  edir. Bir nəfər üçün turun  qiyməti 65 AZN təşkil edir.

Qiymətə  nəqliyyat,  5 ulduzlu “Quba Şahdağ  Hotel”-də 2 dəfə səhər yeməyi daxil olmaqla  1 gün qalmaq,  oteldaxili Fitness və Spa xidmətləri, qapalı hovuzdan istifadə daxildir.

          Tur rəhbərin bələdçiliyə iştirakçılar Çənlibel gölünə, Qəçrəş meşəliyiə, Qusar Sahdag Kompleksinə  ekskursiya edəcəklər.  5 yaşa qədər uşaqların  iştirakı pulsuzdur.

         “AtaTravel”  MMC-nin tur operatoru Rəvan Əhmədov bildir ki, şirkətimiz daim  yerli və xarici qonaqlar üçün Azərbaycan daxilində sərfəli qiymətlərlə maraqlı turlar təqdim edir. Qonaqlar bu cür turlarlardan daim razı qalırlar.” Daha geniş məlumat almaq üçün “AtaTravel” MMC-yə (994 12) 498-99-00 (daxili 120) nömrəli telefona  və  ya  (050) 245 05 09 mobil telefonuna  zəng vurmaq mümkündür.

        “AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda  “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku”  oteli fəaliyyət göstərir.  2011-ci ildə təsis edilmiş  “AtaTravel”  turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət  öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta və viza ilə əlaqədar xidmətlərlər göstərir.

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...