“Excelsior Hotel Baku”  Moskvada sərgidə iştirak edir

           “Excelsior Hotel Baku  17 mart tarixində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən  “2nd Condé Nast Traveller Luxury Travel Fair” turizm sərgisində  iştirak edir.   "Condé Nast Traveller Luxury Travel Fair" sərgisi dünyanın aparıcı nəşriyyat evi Condé Nast tərəfindən təşkil olunan ilk qlobal lüks ticari səyahət sərgisidir.  

            “Excelsior Hotel Baku” otelinin baş meneceri Turxan Poyraz bildirdi: “Biz bu cür nüfuzlu beynəlxalq hadisədə iştirak etmək imkanına çox şadıq. Zənn edirəm ki, biz Azərbaycanda mehmanxana biznesinin və turizmin inkişaf səviyyəsinin layiqincə nümayiş etdirə biləcəyik. Stendimizin seyrçiləri əmin olacaqlar ki, göstərdiyimiz xidmətlər yüksək səviyyədədir, nə MDB ölkələrinin, nə də bütün dünyanın ən yaxşı brend-otellərindən geridə qalmır”. 
             “Excelsior Hotel & Spa Baku” 2005-ci ilin avqustundan fəaliyyət göstərir. Otel  1 “İmperial “- lyuks, “Royal”- lyuks, 4 “Crown”-lyuks , 45 “Heritage” –  deluks, 9 “Duke” – standard otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, “Aura” sağlamlıq mərkəzi və s.-dən ibarətdir. “Excelsior Hotel Baku” otelinə 496 78 02 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür.

 

 

 

 

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...