“Excelsior Hotel & Spa Baku” oteli mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerdədir

        "Media Consulting & Services" şirkəti 2017-cı ilin mart ayında mətbuatda ən çox xatırlanan otellərin adlarını açıqlayıb.  Şirkətin apardığı araşdırmalara əsasən “Excelsior Hotel & Spa Baku”  oteli  mart  ayında mətbuatda haqqında işıqlandırılan məlumatların sayına görə birinci yerə çıxıb. Mart ayında “Excelsior Hotel & Spa Baku”  otelinin fəaliyyəti ilə bağlı mətbuatda  153  məlumat yayılıb.

      "Media Consulting & Services" şirkəti 10 televiziya, 35 çap və 170 onlayn media daxil olmaqla 215-dən çox mənbədə işıqlandırılan məlumatları say, xarakter və məzmun üzrə təhlil edərək, sektorlar üzrə şirkətlərin media reytinqini hesablayıb.

       “AtaHolding”  Korporativ kommunikasiyalar şöbəsinin rəisi  Dilarə Zamanova qeyd etmişdir ki, cari ilin mart ayı “Excelsior Hotel  & Spa  Baku” otelində keçirilmiş və medianın diqqətindən kənarda qalmamış rəngarəng maraqlı tədbirlərlə zəngin olmuşdur.  Biz gələcəkdə də müxtəlif tədbirlər həyata  keçirmək niyyətindəyik, belə ki, aprel ayında   “Baku Fashion 2017”  moda nümayişini keçirməyi planlaşdırırıq. Burada dizaynerlər öz yeni kolleksiyalarını təqdim edəcəklər”.

          “Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən  ibarətdir. 

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...