
“Excelsior Hotel & Spa Baku” otelinin təşkilatçılığı ilə açıq havada “İdeal qarderob necə təşkil olunmalıdır?” mövzusunda tədbir keçirilib. Tədbirdə KİV nümayəndələri, bloqqerlər və moda sahəsində çalışan ekspertlər iştirak ediblər. Qeyd edək ki, müzakirə olunan mövzu öz aktuallığına görə bütün dövrlər üçün çox mühümdür. Spikerlər çıxışlarında ideal qarderobun necə olması və nədən təşkil edilməsi haqda iştirakçılara ətraflı məlumat veriblər. Qeyd olunub ki, rəqəmsal texnologiyalar əsrində internet resursların geniş imkanlarından istifadə edərək, evdən çıxmadan ideal görkəmi yaratmaq mümkündür. Həmçinin, çıxışçılar iştirakçıların və canlı yayımda izləyənlərin suallarını cavablandırıblar.
Xəbərlər
