"Excelsior Hotel Baku" otelində brifinq keçirilib.

Brifinqdə "AtaHolding” Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova jurnalistlərə bu ilin 6 ayı ərzində PR üzrə görülən işlərin hesabatını təqdim edib.

Bildirib ki, bu müddət ərzində “AtaHolding” Şirkətlər Qrupunun fəaliyyəti ilə bağlı mətbuatda 42 press reliz işıqlandırılıb. Ümumilikdə isə mediada 3 442 məlumat öz əksini tapıb. “Media Consulting Sevice” şirkətinin apardığı monitorinqə görə “Excelsior Hotel Baku” oteli 2017-ci ilin yanvar, mart, aprel, may və iyun aylarında mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerdə qərarlaşıb.

D.Zamanova qeyd edib ki, bu müddət ərzində AtaTravel MMC-nin sponsorluğu ilə Travel X tədbiri keçirilib. Tədbirin əsas məqsədi insanların aktiv səyahət etməyə həvəsləndirməkdir. «Excelsior Hotel Baku» otelində "Musiqi Bayramı 2", "Summer Party" tədbirləri, “AtaHolding” Şirkətlər Qrupunun əməkdaşlarından ibarət komandalar arasında “Nə?, Harada?, Nə Vaxt” oyunu keçirilib.

Bu il “Excelsior Hotel & Spa Baku” oteli və Qərb Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanmasına həsr edilmiş tədbir keçirilib. Əməkdaşlıq müqaviləsi çərçivəsində Qərb Universitetinin “İşgüzar-inzibatçılıq” fakültəsi tələbələri III kurs istehsalat və IV kurs diplomqabağı təcrübələrini “Excelsior Hotel & Spa Baku” otelinin departamentlərində keçə biləcəklər. Tədbir facebook səhifəsində canlı yayımla göstərilib.

25 yanvar 2017-cı il tarixində “Excelsior Hotel Baku” otelində AtaHolding-in əməkdaşı Elməddin Hüseynov tərəfindən tələbələr üçün “Müəssisələrdə idarəetmənin səmərəliyinin artırlması, menecmentə sistemli yanaşma” mövzusunda təlim keçirilib.

8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş breyin rinq yarışı keçirilib. 14 aprel 2017-ci il tarixində “Excelsior Hotel Baku” otelinin təşkilatçılığı ilə “Baku Fashion 2017” tədbiri keçirilib.

“AtaTexnologiya” MMC-nin baş direktoru Mais Yusifovun “Azərbaycan yüksək texnologiyalı məhsul və xidmətlərin istehsalçısı və ixracatçısı olan ölkəyə çevrilir” adlı müsahibəsi Prezident Aparatı yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun “Azad sahibkarlığın təşviqi” layihəsi çərçivəsində “İqtisadiyyat” qəzetində dərc edilib.

D.Zamanova bildirib ki, “AtaSığorta” ASC İcbari Sığorta departamentinin rəhbəri Fariz Hacızadənin “Karyera yolçuluğuna 11-ci sinifdən başlayan sığortaçı” adlı müsahibəsi 14 aprel 2017-ci il tarixində “Kaspi” qəzetinin “Uğur” hekayəti rubrikasında, “Sia”, “Trend”, “Finance Time” və “365.az” agentliklərində dərc olunub.

“Excelsior Hotel Baku” otelinin baş meneceri Turhan Poyrazın “Lüks otel üçün önəmli olan - keyfiyyət standartlarının davamlılığını saxlamaqdır” adlı müsahibəsi Prezident Aparatı yanında Kütləvi İnformasiya Vasitələrinə dəstək Fondunun “Azad Sahibkarlığın təşviqi” layihəsi çərçivəsində “İqtisadiyyat” qəzetində dərc olunub.

Dilarə Zamanova həmçinin qeyd edib ki, “AtaHolding” Şirkətlər Qrupu öz ənənəsinə sadiq qalaraq bu ildə jurnalislərə üçün müxtəlif tədbirlərin keçirilməsini planlaşdırır. Belə ki, ilin sonuna kimi jurnalislər arasında müxtəlif idman yarışlarnın keçirilməsi, press-turların təşkil edilməsi nəzərdə tutulub.

 

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...