“Excelsior Hotel & Spa Baku”  otelində 

       16-18 oktyabr 2015-ci il  tarixlərində  Excelsior Hotel & Spa Baku”  otelində   "Baku Fashion Night 2015"  tədbiri keçiriləcək. Üç gün ərzində keçiriləcək tədbirdə  Ashly Jakcson, Veronico Veco, Ülkər Hüseynova, Cordi Dalman, Fəxriyyə Xələfova, Günay Quliyeva, Gülabatin Əsgərova və ispan dizayneri Jordi Dolman  geyim kolleksiyalarını nümayiş  edəcəklər.

       “Baku  Fashion 2015”  tədbirinə biletləri  “Excelsior Hotel & Spa Baku”    otelindən əldə etmək mümkündür. Tədbirə  biletlərin qiyməti 10  AZN-dən başlayır və sıralardan asılı olaraq  biletin qiyməti dəyişir.

 

1  gün üçün  VİP biletlərin  qiyməti – 40  AZN

2 gün üçün VİP biletlərin  qiyməti   -  50 AZN

3 gün üçün  VİP biletlərin  qiyməti  – 60 AZN

 

1 gün üçün birinci sırada qiymət –       30 AZN

2 gün üçün birinci sırada qiymət-        40 AZN

3 gün üçün birinci sırada  qiymət  -     50  AZN

 

1   gün üçün     ikinci-üçüncü sırada –      20  AZN

2   gün üçün    ikinci-üçüncü sırada-        30  AZN

3    gün  üçün   ikinci-üçüncü sırada -      40  AZN

 

1 gün üçün dördüncü  sıra  -  10 AZN

2 gün üçün dördüncü sıra   -  20 AZN

3 gün üçün dördüncü sıra -    25  AZN

 

       “Excelsior  Hotel  Baku”  otelinə +994 12 496 80 00 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür.  "Baku Fashion Night" layihəsi ildə iki dəfə mövsüm üzrə keçirilir: Payız-Qış və Yaz-Yay. Tədbir "Excelsior Hotel amp; SPA" hotelinin və İD FASHİON CHANEL telekanalının dəstəyi ilə "FMS Models" məktəbi tərəfindən təşkil edilib.

      Excelsior Hotel & Spa Baku”oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Oteldə 1 "İmperial" kral otagi, 2 "Royal" suit otaq, 4 "Crown" suit otaq, 45 "Heritage" lüks otaq ve 9 "Duke" standard otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoran və barlar və şəhərin ən gözəl və böyük Spa və sağlamlıq mərkəzi vardır.

 

 

 

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...