“Excelsior Hotel & Spa Baku” otelində HR menecerlərin dəyirmi masası keçiriləcək

      14 oktyabr 2016-cı il tarixində “Excelsior Hotel & Spa Baku” otelində   HR menecerlərin dəyirmi masası keçiriləcək. Dəyirmi masada iştirak edən iştirakçılar, HR mütəxəssislər müasir dövrdə aktual olan məsələrə toxunacaq və təcrübə mübadiləsi aparacaqlar. Tədbirdə personalın işə cəlb edilməsi, müasir motivasiya metodları, personal axının qarşısının alınması, inkişafı və dəyərləndirilməsi metodları məsələlərinə toxunulacaq. Dəyirmi masada “AtaHolding”, “AtaBank”, “AtaSığorta”, “Excelsior Hotel & Spa Baku” və digər iri şirkətlərin HR menecerləri iştirak edəcəklər.       
      “Excelsior Hotel & Spa Baku” otelinin HR meneceri Kamran Rzayev bu tədbir haqqında qeyd etdi: “Bu dəyirmi masanı keçirməklə, biz müxtəlif səviyyəli HR peşəkarları üçün müzakirə meydanı təşkil etmiş oluruq. Bu cür dəyirmi masalarda müzakirələr və diskussiyalar nəinki təcrübə mübadiləsi, həm də onun iştirakçılarının peşəkarlığının artması üçün həmişə faydalıdır.   Məlum olduğu kimi, kadrların idarə edilməsi sisteminin keyfiyyəti biznesdə uğurun daha mühüm amilinə çevrilir. Çünki effektiv komanda olmadan ən uğurlu bazar strategiyası həyata keçirilə, biznes-proseslərin fasiləsizliyi təmin edilə bilməz”.

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...