“Excelsior Hotel & Spa Baku” otelində “Musiqi bayramı” keçiriləcək

        11 noyabr 2016-cı ildə“Excelsior Hotel & Spa Baku” otelində “AtaHolding” Şirkətlər Qrupunun əməkdaşlarının iştirakı ilə “Musiqi bayramı” keçiriləcək. Bayram tədbirində gözəl səs sahibləri, “Excelsior Hotel & Spa Baku” otelinin HR meneceri Kamran Rzayev və təcrübə keçən Rəşid Əliyevin ifasında Azərbaycan və xarici ölkə repertuarlarından mahnılar səslənəcək. Qonaqlar «My Way», «Shape of My Heart», «Синяя вечность», «Город мой Баку», «Там нет меня», «Как молоды мы были», «Saçlarına gül düzüm», və bir çox nəsillərin sevimli nəğmələrinə çevrilmiş digər mahnıları eşidəcək.

         Bundan başqa Azərbaycanın görkəmli xalq artisti Müslüm Maqomayevin və dünya şöhrətli rok-n-roll kralı Elvis Preslinin həyat və yaradıcılığı haqqında filmlər nümayiş olunacaq. “AtaHolding” ASC Korporativ Kommunikasiya şöbəsinin rəisi Dilarə Zamanova qeyd etdi ki, daxili kommunikasiyalar planına əsasən il ərzində müxtəlif maraqlı tədbirlər keçirilir və cari ilin sonunadək daha bir neçə tədbir həyata keçiriləcəkdir. Belə ki, bu cür tədbirlər nəinki komanda hissini qoruyub saxlamağa və möhkəmlətməyə, həm də əməkdaşların müxtəlif istedadlarını aşkar etməyə, onların müxtəlif qabiliyyətlərini də üzə çıxarmağa kömək edir.

         “Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ildən fəaliyyət göstərir. Oteldə 1 "İmperial" kral otagi, 2 "Royal" lüks otaq, 4 "Crown" lüks otaq, 45 "Heritage" standart otaq və 9 "Duke" standard otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoranlar, “Aura” sağlamlıq mərkəzi və s. var.

 

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...