“Excelsior Hotel & Spa Baku” otelində turizm sahəsində təhsili alan  tələbələr üçün təlim keçirdi

       8 dekabr 2016-cı il tarixində  “Excelsior Hotel & Spa Baku” oteli KSM  çərçivəsində turizm fakültələrində təhsil alan  tələbələr üçün  növbəti təlimi keçirdi. Təlimdə  Azərbaycan Turizm və Menecment Universitetinin və  Azərbaycan Dövlət İqtisad Universitetinin  turizm fakültələrində  təhsil alan tələbələr  iştirak etdilər.  “AtaHolding”   Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova tələbləri salamladı və  tədbirin proqramı  haqqında  məlumat verdi. Təlimdə  Bakı Slavyan Universitetinin jurnalistika kafedrasının müdiri      Şəlalə Həsənova biznesdə işgüzar reputasiyanın əhəmiyyəti, imicin formalaşması xüsusiyyətlərindən və turizm sahəsində reputasiya kapitalının idarə edilməsindən danışdı.
     Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi və DAİR Otellər və Restoranlar Assosiasiyasının üzvü Dinara Ağəliyeva turizm xidmətləri sahəsində qida sektorunun fəaliyyət xüsusiyyətləri və yerləşdirmə sektoru mövzusunda çıxış etdi.   “Excelsior Hotel & Spa Baku” otelinin HR meneceri Kamran Rzayev turizm sahəsində işə düzəlmək istəyən tələbələrə  CV-lərin tərtib edilməsi və müsahibələrdə düzgün taktikası,  işgüzar söhbətlərin aparılması bacarığı barədə ətraflı təqdimat etdi.
        “Excelsior Hotel & Spa Baku”  otelinin baş meneceri Turhan Poyraz tədbir barədə qeyd etdi ki, Azərbaycan iqtisadiyyatının daha dinamik inkişaf etməkdə olan turizm sahəsində ixtisaslı mütəxəsislərin hazırlanmasında “Excelsior Hotel & Spa Baku”  oteli müxtəlif  proqramlarla  iştirak edir.  Hər il Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri otelin müxtəlif departamentlərində  3 və 6 ay müddətində  təcrübə keçirlər.  Otel bu cür təlimlər keçirib, tələbələri hazırlamaqla ölkə iqtisadiyyatının turizm sektorunda kadr potensialının inkişafına kömək edir. Təlim və təcrübə proqramının  məqsədi tələbələrə turizm biznesində  praktiki bacarıq və tövsiyələrin aşılanmasıdır.

        “AtaHolding”  Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova turizm sahəsində PR-fəaliyyətin əsas istiqamətləri mövzusunda çıxış etdi. Ictimai rəyin yaranması,  məqsədli auditoriyalar, eləcə də geniş əhali kütləsi  tərəfindən turizm strukturunun  fəaliyyətinə xoş münasibətlərin  necə formalaşmas haqda ətraflı məlumat verdi.

.

 

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...