“Excelsior Hotel  & Spa Baku”  otelində Yeni il qabağı moda yarmarkası

         Dekabrın 21-də “Excelsior  Hotel & Spa Baku”  otelinin, FMS Models model agentliyinin, “Baku Fashion Night” təşkilatının təşkilatçılığı və xanım Lyubov Qutorova-Poyrazın rəhbərliyi ilə Bakıda modapərəst qadınlar üçün moda layihəsi çərçivəsində keçirilən Yeni il qabağı satış yarmarkasına biletlər artıq satışdadır. Biletlərin qiyməti 15 AZN-dən başlayır və sıradan asılı olaraq dəyişilir. Biletləri  “Excelsior Hotel  & Spa Baku” otelindən əldə etmək mümkündür.  Əlaqə nömrəsi: (012) 496 80 00/050 235 35 14.

         Yarmarkada Azərbaycan dizaynerlərinin kolleksiyaları nümayiş olunacaq və tədbirdə iştirak edən qonaqlar  Yeni il qabağı  qarderobları üçün hədiyyələr əldə edə biləcəklər. Tədbir Yeni il qabağı əhval ruhiyyəsində, maraqlı proqramla keçiriləcək və heç bir qonaq hədiyyəsiz qalmayacaq.

        Layihənin iştirakçıları - əməkdar mədəniyyət xadimi Fəxriyyə Xələfova, dizaynerlər Lalə Ağayeva, Gülüm Əsədullayeva, Günel Behbudova, Günay Quliyeva, Nərgiz Muxtarova  brend “by NRGZ”, Sehri Rəhimova, Günay Mirzə, Yekaterina Eren, Liana Allahverdiyeva və başqalarıdır. Baku Fashion Night 2014-cü ildən başlayaraq ildə iki dəfə keçirilir.

 

 

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...