“Excelsior Hotel & Spa Baku” otelinin baş meneceri  Turhan Poyraz “İlin Otel Meneceri” mükafatına layiq görülüb

      “Excelsior Hotel & Spa  Baku” otelinin baş meneceri Turhan Poyraz Azərbaycanda turizmin inkişafına verdiyi töhfəyə  görə “Business Time” jurnalının təsis etdiyi “Azeri Business Award” Milli mükafatının “İlin Otel Meneceri” nominasiyasına layiq görülüb. Təqdimat mərasimində   “Azeri Business Award” Milli mükafatınını qəbul edən Turhan Poyraz  bu etimada görə mükafat təsisçilərinə minnətdarlığını bildirib: “Belə önəmli bir nominasiyada “Business  Time”  jurnalı məni birinci yerə layiq gördüyünə görə minnətdaram və jurnalın redaksiya heyətinə çox təşəkkür edirəm. Bu, Azərbaycan kimi turizm və otelçilikdə inkişaf edən ölkədə çox dəyərli bir qiymətləndirmədir. Mənim ilin ən yaxşı otel meneceri seçilməyim fəaliyyətimə göstərilən etimaddan irəli gəlir”. 

       “Azeri Business Award” mükafatı  milli biznesin yeni simasını formalaşdıran ən parlaq və dinamik iştirakçılara təqdim olunur və qaliblərin müəyyən edilməsində əsas amil kimi namizədlərin biznesinin inkişaf tempi götürülür. Mükafatın təqdimetmə mərasimi 5 fevral  2016-cı il tarixində keçirilib.

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...