Haqqımızda

     Azərbaycana müasir holdinq idarəetmə mədəniyyətini gətirən və bunu müasir idarəetmə standartlarına müvafiq olaraq təşkil edən "AtaHolding"  2003-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. İlk öncə maliyyə sektorunda fəaliyyət göstərən holdinq qısa müddətdən sonra sənaye, turizm, İT və xidmət sahələrində şirkətlərini yaradaraq böyüməyə başladı. "AtaHolding" iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir.  
     “AtaHolding” -in maliyyə sektorunda  “AtaSığorta” ASC, “AtaLizinq” ASC,  turizm sektorunda “AtaTurizm” MMC, "AtaTravel" MMC və 5 ulduzlu “Excelsior Hotel Baku” oteli, sənaye sektorunda "Şəmkir Quşçuluq” MMC və Informasiya Texnologiyaları sahəsində “AtaTexnologiya” MMC  şirkətləri fəaliyyət göstərir.  
  "AtaHolding"-ə daxil olan Törəmə Təsərrüfat Cəmiyyətlərində fəaliyyət yüksək peşəkarlıq, yeni texnologiyaların tətbiqi və korporativ idarəetmə prinsipləri üzərində qurulmuşdur. “AtaHolding” və onun  Törəmə Təsərrüfat Cəmiyyətlərində beynəlxalq audit şirkəti tərəfindən maliyyə təsərrüfat fəaliyyətinin auditi keçirilir. “AtaHolding” Şirkətlər Qrupu Azərbaycanda BMHS-ə uyğun Konsolidə hesabat hazırlamış və müvafiq olaraq  ilk dəfə beynəlxalq audit şirkəti tərəfindən bu hesabat  audit olunmuşdur. Holdinq  Beynəlxalq mühasibat uçotu standartlarına uyğun uçot sistemini və Beynəlxalq Daxili Audit standartlarına uyğun Daxili nəzarət sistemini təşkil etmiş və bununla da  “AtaHolding” Şirkətlər Qrupunun fəaliyyətinin şəffaflığını  təmin etmişdir.
       “AtaHolding”  Azərbaycanın həm fiziki, həm də intellektual resurslarından səmərəli istifadə etmək, yeni iş yerlərini yaratmaq üçün sərmayə qoymaq, səhmdarlar, işçilər və müştərilərin  məmnunluğunu yüksək səviyyədə təmin etmək və nəticədə Azərbaycanın rifahı və iqtisadi inkişafına dəstək olmağı qarşısına məqsəd qoymuşdur. "AtaHolding"  sosial yönümlü proqramlarda, xeyriyyə tədbirlərində yaxından iştirak edir, ölkə mədəniyyəti və incəsənətinin, idmanın inkişafı və  təhsilin səviyyəsinin daha da artırılması məqsədilə həyata keçirilən layihələri dəstəkləyir. “AtaHolding”  beynəlxalq federasiyalara və beynəlxalq yarışlara sponsorluq edir. Hazırda  “AtaHolding”  Beynəlxalq Güləş Federasiyasının baş sponsorudur. 

Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...