Jurnalistlər üçün PR tur keçirildi

2016-cı il dekabrın 28-də “Excelsior  Hotel &  Spa Baku” otelində jurnalistlər üçün “AtaHolding” Şirkətlər Qrupunun kommunikasiyalar sahəsində fəaliyyətinin yekunlarının təqdimatı ilə PR tur keçirildi. Təqdimat mərasimində Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin: informasiya agentliklərinin, qəzetlərin, jurnalların və elektron medianın jurnalistləri iştirak ediblər.

“AtaHolding” Şirkətlər Qrupunun Korporariv kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova tədbirə toplaşanları ilin yekunları ilə tanış etmiş və qeyd etmişdir ki, il ərzində çoxlu sayda müxtəlif tədbirlər və maraqlı aksiyalar həyata keçirilmişdir. Xüsusilə bildirilmişdir ki, 2016-cı il ərzində daxili kommunikasiyalar planına əsasən aşağıdakı tədbirlər keçirilmişdir: “Excelsior  Hotel &  Spa Baku” otelinin “Afurca” zalında Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin və "AtaHolding" Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Ruhun şad olsun, Ustad!" adlı xatirə gecəsi, "AtaHolding" Şirkətlər Qrupunun əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş futbol turniri, Xocalı faciəsinə həsr olunmuş gecəni, Holdinq əməkdaşlarının Game TV tərəfindən təşkil edilmiş və Respublika gününə həsr edilmiş “Nə? Harada? Nə vaxt” intellektual oyununda iştirakını, HR mütəxəssislərin dəyirmi masasını, Musiqi bayramını və digər aksiyaları göstərmək olar. Tədbir iştirakçılarına "AtaHolding" Şirkətlər Qrupunun 2016-cı ildə keçirdiyi tədbirlərdən video süjetlər nümayiş etdililmişdir.

Xarici kommunikasiyalar planına əsasən müxtəlif maraqlı tədbirlər həyata keçirilmişdir.  Onlardan bəziləri, məsələn, 2016-cı ildə “AtaTravel” MMC-nin “Nepaldan Papayaya səyahət” turunun prezentasiyası, yerli turizm və media şirkətlərin nümayəndələri üçün Naftalan-Çinar” və “Qalaaltı” istirahət mərkəzlərinə info-turlar, “Excelsior Hotel & Spa Baku”  otelində yay mövsümünün açılışı, “Excelsior  Hotel &  Spa Baku”    otelinin təşkil etdiyi “Baku  Fashion 2016”  tədbirlərində rəsmi tərəfdaşlığı, “AtaTexnologiya” şirkətinin yeni “HMR-360” proqram təminatının təqdimat mərasimi,  PR-menecerlərin iştirakı ilə “Nə? Harada? Nə vaxt” intellektual oyununun keçirilməsi,  PR mütəxəssislər üçün “Böhrandan əvvəl PR və Kommunikasiyalar” mövzusunda treninq, turizm sahəsində təhsil alan tələbələr üçün treninq və s. daha yaddaqalan olmuşdur.

Bütövlükdə, 2016-cı ildə “AtaHolding” Şirkətlər Qrupunun fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrində 5704 məlumat dərc edilmişdir. Media Consulting and Services (MC&S) media monitorinq qrupunun apardığı monitorinqə görə, “Excelsior Hotel & Spa Baku” oteli dəfələrlə mətbuatda ən çox adı hallanan otel olub.  «AtaHolding”  Şirkətlər Qrupunun fəaliyyəti ilə bağlı 104 pres reliz işıqlandırılmışdır.

Tədbirə toplaşanlara “AtaTravel” MMC-nin fəaliyyəti haqqında ətraflı məlumatı “AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev təqdim etdi. O, qeyd etdi ki, turizm agentliyi 2016-cı ildə Azərbaycanda daxili turizmin inkişafı çərçivəsində böyük işlər görmüşdür. Bunun sayəsində yerli və xarici turistlər Azərbaycan regionlarının təbiətinin gözəlliyindən və gəzməli yerlərindən həzz almışlar. Qarşıdan gələn 2017-ci ildə agentlik ölkəmizin bütün regionlarına və bütün dünyaya müxtəlif maraqlı turlar təklif etməklə fəaliyyətlərini davam etdirmək niyyətindədir. “AtaTravel” turlarından istifadə edən turistlərə mükəmməl istirahət və keyfiyyətli xidmətə zəmanət verilir.

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...