“Motivasiyalı işçi”  təlimi  keçirildi

         2 iyun 2018-ci il tarixində  “AtaTravel” MMC-nin  kollektivi  üçün  “Motivasiyalı işçi” təlimi keçirildi. Təlimi  “Opalus  Partners” şirkətinin  rəhbəri Çimnaz Qasımova keçirdi.  Təlimdə uğurun sirrləri, iş   yerində motivasiyalı  olmaq və qarşıya çıxan çətinlikləri  həll etməyin yolları müzakirə olundu.  Həmçinin, əməkdaşların motovasiyasını yüksəldilməsi üçün istifadə olunan müxtəlif metodlar haqqında danışıldı. Təlim iştirakçıları mövzu ilə bağlı  praktiki tapşırıqlar etdilər. Təlim iştirakçılarına “Opalus  Partners” şirkəti tərəfindən  sertifikatlar təqdim edildi.  

      “AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova  tədbirlə bağlı bildirdi ki,  “AtaTravel”  MMC daim əməkdaşların müxtəlif təlimlərdə iştirakını təmin edir. Əməkdaşlar Azərbaycanının  daxilində  və  xaricində keçirilən təlimlərdə  iştirak edirlər.  

        “AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda  “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku”  oteli fəaliyyət göstərir.  2011-ci ildə təsis edilmiş  “AtaTravel”  turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət  öz müştərilərini otel, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta və viza ilə əlaqədar xidmətlərlər göstərir.

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...