“Müəssisələrdə idarəetmənin səmərəliyinin artırılması, menecmentə sistemli yanaşma”  mövzusunda təlim keçiriləcək.

          25 yanvar 2017-cı il tarixində “Excelsior Hotel  & Spa Baku”  otelində  tələbələr üçün  “Müəssisələrdə idarəetmənin səmərəliyinin artırlması, menecmentə sistemli yanaşma”  mövzusunda təlim keçiriləcək. Təlim  “AtaHolding”   əməkdaşı  Elməddin Hüseynov tərəfindən aparılacaq. Təlimdə  fəaliyyətin planlanması, resursların təmin edilməsi, biznes proseslərin tərtibi və tətbiqi, fəaliyyətin  monitorinqi  və  davamlı inkişafın təmin edilməsi mövzuları haqqında ətraflı məlumat veriləcək.

        Təlim  tələbələrə biznesin bu mühüm sahəsində yeni biliklər əldə etməyə imkan verəcək. Çünki, məlum olduğu kimi, keyfiyyətli xidmətlər hər bir şirkətin rəqabət qabiliyyətliliyinin təminatıdır. Təlimdə dayanıqlı inkişaf, rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, keyfiyyətin idarəedilməsi sisteminin qurulması və xidmətlərin keyfiyyəti üzrə personalın siyasəti ilə bağlı məsələlərə toxunulacaq.
         Təlimdə iştirak etmək arzusunda olan tələbələr  23.01.2017-ci il tarixinə qədər dzamanova@ataholding.az ünvanına müraciət edə bilər.

 

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...