Novruz ərəfəsində uşaq evinin uşaqları ilə görüş keçirildi

Şağan qəsəbəsində yerləşən 3 saylı uşaq evinin sakinlərini Novruz Bayramı ərəfəsində “AtaLizinq” ASC, “AtaTexnologiya” MMC və “Litva Ticarət Evi” MMC bayram sovqatı və konsert proqramı ilə sevindirdi. Bakıda yenicə fəaliyyətə başlayan və süd məhsullarının satışını həyata keçirən “Litva Ticarət evi” şirkətin ilk məhsullarını uşaq evinin uşaqlarına hədiyyə etdi. Uşaqlar  yel çərşənbəsində  onlar üçün xüsusi hazırlanmış bayram süfrəsinə əyləşdilər.Bayram aşından dadan uşaqlar qonaqlarla və müəllimləri ilə rəqs etdilər.  Tədbirdə gözəl mahnılar ifa olundu. İştirak edən qonaqlar  uşaqları Novruz Bayramı münasibətilə təbrik etdilər,  onlara daim bahar təravətli,  sağlam və xoşbəxt olmağı arzuladılar. “AtaHoldinq” ASC  İctimaiyyətlə Əlaqələr və Reklam şöbəsinin rəisi Dilara Zamanova bildirdi ki, hər il  Novruz  qabağı uşaq evlərinə gedir, onları sevindirirlər. İnanırıq ki, bu tədbir uşaqların xoşuna gəldi və onların xatirəsində qalacaq.

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...