PR menecerlərə sertifikatlar təqdim edildi

         22 iyul 2016-cı il tarixində “Excelsior Hotel Baku” otelində “Alibayov Kommunikasiya & Konsaltinq” şirkəti və Avropa İctimaiyyətlə Əlaqələr İnstitutu (Fransa) tərəfindən “Şirkətin mətbuat xidməti: müasir trend və drayverlər” elmi-metodiki ixtisasartırma proqramında iştirak edən PR menecerlərə Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun sertifikatları təqdim edildi. Təlimdə “AtaHolding” Korporativ Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova, “Veysəloğlu” Şirşətlər Qrupunun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi İlham Məmmədzadə, Hed Akademy şirkətinin PR meneceri İbrahim Mirzəyev, "B.EST Solutions" (Asan İmza) şirkətinin PR meneceri Kamran Əliyev, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Fazil Talıblıvə digərləri iştirak etdilər.

       Təlim 11 iyul tarixindən 22 iyul tarixinə qədər Milli Olimpiya stadionunda “Hed Academy” şirkətinin ofisində keçirilmişdir. Təlimdə Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun Ekspertlər Şurasının üzvü Vəli Əlibəyov İctimaiyyətlə əlaqələr, media ilə əlaqələr - əsas anlayışlar, müasir yanaşmalar, mətbuat xidməti necə olmalı, kommunikasiya əsrinin KİV-i: qəzetlər, jurnallar, internet, televiziya, radio, hədəf auditoriyalara görə informasiya kanallarının seçimi, hədəf auditoriyalar üçün nəzərdə tutulmuş məlumatların klassik və müasir çatdırılma yolları, mətbuat xidməti və KİV mövzularını əhatə etmişdir.

         “Veysəloğlu” Sirkətlər Qrupunun Ictimaiyyətlə əlaqələr departamentinin mudiri, həmçinin Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyasının (APRA) sədri Ilham Məmmədzadə bildirdi: “Bu təlimdən bizim öyrəndiyimiz PR sahəsində nəzəri biliklər ilə yanaşı yerli ve beynəlxalq keyslərin nəzərdən keçirilməsi və təhlil edilməsi olmuşdur. İnanıram və ümid edirəm ki, bu kimi beynəlxalq sertifikatli təlimlərdə əldə edilmiş bilik ve təcrübə Azərbaycan PR texnologiyasına genis tohfəsini verəcəkdir.

         “AtaHolding” Şirkətlər  Qrupunun Korporativ Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova bildirdi ki, elmi-metodiki ixtisasartırma proqramında iştirak etdiyindən çox məmnundur. “Treninqin aparıcısı Vəli Əlibəyov müasir mərhələdə mətbuat xidmətinin fəaliyyətinin bütün aktual mövzularına toxunmuşdur”, - deyə o, əlavə etdi. Treninq zamanı bütün iştirakçıların fəallığı sayəsində həmçinin, təcrübə mübadiləsi də aparıldı.

         Tədbirin sonunda PR menecerlər təlimin yüksək səviyyədə keçməsini qeyd etdilər və təlimlə bağlı fikirlərini söylədilər. Sertifikatların təqdim edilməsi bayram günü – Milli Mətbuat günü ilə üst-üstə düşmüşdür, axı məlum olduğu kimi, ictimai əlaqələr sahəsi KİV-dən ayrılmazdır.

 

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...