PR mütəxəssislər üçün təlim keçiriləcək

          14 iyun 2016-cı il tarixində “Excelsior Hotel Baku” otelinin dəstəyi ilə,  Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası və “Alibayov Kommunikasiya & Konsaltinq” şirkətinin təşkilatçılığı, PR sahəsində çalışan mütəxəssislər üçün növbəti təlim keçiriləcək. Təlimdə   böhran anları və PR, şirkət məhsulunun effektiv təqdimatı və effektiv PR-ın sirləri mövzularında danışılacaq. Təlimdə iştirak etmək istəyən PR mütəxəssislər news.apra@gmail.com ünvanına e-mail yazaraq iştiraklarını təsdiq edə bilərlər.

     Təlimi bu sahədə böyük təcrübəyə malik olan “Alibayov Kommunikasiya & Konsaltinq” şirkətinin rəhbəri Vəli Əlibəyov aparacaq.

    Qeyd edək ki, Azərbaycan İctimaiyyətlə Əlaqələr Assosiasiyası PR tətbiqi sahəsində yüksək peşəkar və etik standartlara riayət edilməsi, İctimaiyyətlə əlaqələr üzrə yerli mütəxəssislərin keyfiyyətli artımı çərçivəsində müxtəlif tədbirlər həyata keçirir.

 

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...