“Excelsior Hotel & Spa Baku” otelində Milad bayramına həsr edilmiş gecə keçiriləcək

 

          25 dekabr 2017-ci il tarixində  “Excelsior Hotel & Spa Bakuotelinin “Belveder” restoranında Milad gecəsi keçiriləcək. Restoranın rahat nəfis mühiti, milad yolkası, şamlar, canlı romantik musiqi Milad gününün  təkrarsız, səmimi qarşılanması atmosferini yaradacaq.  Bir nəfər üçün biletin qiyməti 59 manat təşkil edir. Biletləri əldə etmək və yer sifariş etmək üçün “Excelsior Hotel & Spa Baku”  otelinə 012 496 80 00 nömrəli telefona ya  (050) 235 35 14  mobil telefonuna  zəng vurun.

        “AtaHolding” Şirkətlər Qrupunun Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova bu maraqlı aksiya ilə bağlı bildirdi ki, tədbiri daha da təmtəraqlı və yaddaqalan edən məqamlardan biri oteldə yaşayan xarici qonaqların bu tədbirdə özlərini öz evlərindəki kimi hiss etməsi və tədbirə qatılmalarıdır. Tədbirin orijinal, əyləncəli və zövqlü keçirilməsi üçün bütün təşkilati işlər mükəmməl şəkildə yerinə yetiriləcək.  
         Qeyd edək ki, “Excelsior Hotel & Spa Baku” 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Otel 1 “İmperial” – lüks, “Royal”- lüks, 4 “Crown”-lüks, 45 “Heritage”- delüks, 9 “Düke” standart otaqlarından, konfrans zallarından, biznes mərkəzlərindən, restoranlardan, “Aura” sağlamlıq mərkəzindən və s. ibarətdir.

Xəbərlər
Şirkətlərimiz
Yüklənir zəhmət olmasa gözləyin...